Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilmişdir
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarının sakinləri ilə yanvarın 18-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilmişdir ki, qəbul yanvarın 25-də saat 10:00-da Şamaxı Rayon Prokurorluğunun inzibati binasında keçiriləcəkdir.