Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 69 məktəbdə “Son zəng” çalınıb

14 iyun 2021 | 16:00

Şamaxı rayonunda fəaliyyət göstərən 69 ümumtəhsil orta məktəblərində “Son zəng” tədbiri keçirilib.

11 il təhsil aldığı doğma məktəblə vidalaşan, hər kəsdə kövrək hislər yaradan “Son zəng” məzunlar üçün unudulmaz bir gün kimi xatırlanacaq və bu günü onlar rəngarəng tədbirlərlə qeyd ediblər. Nazirlər Kabineti yanında operatıv qərargahın tapşırığına uyğun olaraq açıq havada valideynlərin qatılmadığı “Son zəng”də onlar deyib-gülüb, çalıb-oynayıb, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində Şamaxı rayonu üzrə ümumtəhsil məktəblərində 665 şagird tam orta təhsil üzrə XI sinfi başa vurub.

Keçidlər