Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda qanvermə aksiyası keçirilib

22 aprel 2021 | 16:00

Bugün Mərkəzi Qan Bankı tərəfindən Şamaxı rayonunda qanvermə aksiyası keçirilmişdir.

Humanist aksiya talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara köçürülən qan ehtiyatlarının artırılması məqsədilə təşkil olunub.

Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada müxtəlif yaş qruplarını əhatə edən 160 nəfərdən çox könüllü iştirak edib. Hərtərəfli müayinədən sonra 120 nəfərdən qan götürülüb. Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra Qan Bankına təhvil veriləcək.

Keçidlər