Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda ağacəkmə aksiyası keçirilib

26 fevral 2021 | 16:00

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqdar 26 fevral 2021-ci il tarixində ölkəmizdə keçirilən ağacəkmə aksiyası Şamaxı rayonunda da keçirilmişdir.

Aksiyada mövcud karantin qaydaları gözlənilməklə rayon icra hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivi, rayon ağsaqqalları və könüllü gənclər  iştirak etmişdir. “Xocalıya ədalət!” beynəlxalq kompaniyası çərçivəsində keçirilən aksiyada erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə  613 ədəd Eldar şamı aqrotexniki qaydalara əməl olunmaqla əkilmişdir.

Saat 17-00 da isə respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər