Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı: yollarda hərəkətin təhlükəsizliyi üçün tədbirlər görülür

24 fevral 2021 | 16:00

Şamaxıda fevralın 23-ü gecə saatlarından yağan qar bu gün də davam edir.

Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, Şamaxı şəhərində qarın hündürlüyü 12-14 santımetrə, şimal dağlıq ərazilərdə, o cümlədən Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəyli, Sis və Dəmirçi kəndlərində 20-25 santımetrə çatıb. Qar bölgədə hələlik heç bir ciddi fəsad törətməyib. Səhər tezdən yollarda hərəkətin təhlükəsizliyi üçün ciddi tədbirlər görülür. Bu işə “19 saylı xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-nin 10-dan artıq texnikası cəlb olunub. Şəhərin küçələrində, dağ kəndlərində, habelə Bakı-Şamaxı-Yevlax yolunun şəhər ərazisindən keçən hissəsində təmizlik işləri görülür, qum-duz qarışığı səpilir.

Keçidlər