Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəbəqədər tədris müəssisələrinin müdirləri ilə onlayn iclas keçirilib

10 fevral 2021 | 16:00

Şamaxıda rayon icra hakimiyyəti fevralın 15-dən etibarən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə əlaqədar onlayn formatda iclas keçirib.

İclasda rayonda fəaliyyət göstərən 22 uşaq bağçası-körpələr evinin müdirləri iştirak ediblər. Tədbirdə fəaliyyətə başlayacaq məktəbəqədər tədris müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin rejimi qaydalarına uyğun şəraitin yaradılması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması və işçi heyətin COVID-19 infeksiyası ilə əlaqədar müvafiq analizlərdən keçirilməsinin vacibliyi bildirilib.

Onlayn iclasda tədrisdə keyfiyyətin artırılması, bağçaların istiliklə təminatı, uşaqların sağlam və keyfiyyətli qidalanmasının təşkil olunması ilə bağlı məsələlər geniş müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Keçidlər