Yola saldığımız 2020-ci ildə Şamaxı rayonunda aqrar sektorda məhsul buraxılışının həcmi ilkin məlumata görə 81,7 milyon manat olub.
Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilib ki, buraxılan məhsulların 36,7 milyon manatı bitkiçilik, 45 milyon manatı isə heyvandarlıq sahəsində əldə edilib. 2019-cu ilə nisbətən artım bitkiçilikdə 111 min manat, heyvandarlıqda isə 250 min manat olub.