Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr günü münasibəti ilə “Əsgərə salam” aksiyası davam etdirilib

26 iyun 2020 | 16:00

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə “Əsgərə salam” aksiyası davam etdirilib.

Şamaxı rayonunda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri, məktəb şagirdləri və idmançılar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin start verdiyi “Əsgərə salam” aksiyasına qoşularaq Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirirlər.

Şəkillər Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya tədbirlərinin tətbiqindən əvvəl çəkilib.

Şəkillər sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom #ŞamaxıRayonIcraHakimiyyəti həştəqlərini qeyd etməklə paylaşılmışdır.

Keçidlər