Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 dekabr 2019 | 16:00

Dekabrın 12-də Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.
   Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini Ümummilli Liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər.
   Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolara, kitablara və “Heydər Əliyev və Müasir Azərbaycan” adlı rəsm sərgisinə baxılıb.
   Tədbirdə dahi azərbaycanlı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışılıb, Ulu Öndərin hakimiyyəti illərinin istər Sovetlər, istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyi bildirilib. Əsası Ulu Öndər tərəfindən qoyulan hərtərəfli inkişaf siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bu gün Azərbaycanın dünyanın söz sahibi ölkələri sırasında olduğu vurğulanıb. Ulu Öndərin Azərbaycançılıq ideyasından, ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi yolunda atdığı addımlardan danışılıb, onun əziz xatirəsinin Azərbaycan xalqının ürəyində əbədi yaşayacağı bildirilib.
   Tədbirdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Keçidlər