Şriftin ölçüsü :

Saytın rəngi :

650 min ağac əkək: Şamaxıda ağac əkiləcək ərazilər müəyyənləşdirilir, sahələr təmizlənir, çalalar qazılır

15 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək aksiyası hər yerdə olduğu kimi, böyük şairin doğulduğu Şamaxı rayonunda da minnətdarlıqla qarşılanıb. Hazırda rayonda bu təşəbbüslə əlaqədar hazırlıq işləri aparılır.

Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs Nəsimi dühasının təbliği ilə bərabər, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə də bir vəsilədir.

Rayonda təşəbbüslə əlaqədar ağac əkiləcək ərazilər müəyyənləşdirilir, ayrılan sahələr təmizlənir, hamarlanır, çalalar qazılır.

“2019-cu ilin “Nəsimi ili” elan edilməsi, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü dahi şairin həmyerliləri kimi, bütün Şamaxı əhalisi tərəfindən o cümlədən gənclər tərəfindən minnətdarlıqla qarşılanır. Belə ki, hər gün səhər ərazilərə gedilir, sahələr təmizlənir, çalalar qazılır. Təbiətimizə gözəllik gətirəcək ağacəkmə kampaniyasını hər kəs səbirsizliklə gözləyir”.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilməsi noyabr ayında həyata keçiriləcək. Bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.

Keçidlər