Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda ət istehsalı 522,5 ton artıb

04 sentyabr 2019 | 16:00

Şamaxı heyvandarları əsas göstəricilər üzrə məhsul istehsalında cari ilin yanvar-avqust aylarını uğurlu nəticələrlə başa vurublar. Rayonda ət, süd və yumurta istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.

Rayon Statistika İdarəsindən bildirilib ki, 2019-cu ilin səkkiz ayında Şamaxıda diri çəkidə 2689,9 ton ət istehsal olunub. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 522,5 ton çoxdur.

Süd və yumurta istehsalında da nəticələr yaxşıdır. Belə ki, səkkiz ayda süd istehsalı 5699,9 ton artaraq 19 min 258,8 tona, yumurta istehsalı 2 milyon 907 min ədəd artaraq 11 milyon 720 min ədədə çatıb.

Keçidlər