Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Astrofizika Rəsədxanasında ksiloqrafik rəsm sərgisi açılıb

31 iyul 2019 | 16:00

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) muzeyində ksiloqrafik rəsmlərdən ibarət sərgi təşkil olunub.

Sərgidə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun təklifi ilə "Azərbaycan Milli Ensiklopodiyası" Elmi Mərkəzinin redaksiya müdiri, rəssam-şair Hüseyn Mirtəqəvinin müəllifi olduğu qırxa yaxın portret nümayiş etdirilib.

Rəsədxanadan bildirilib ki, müəllifin faner üzərində cərrah bıçağı (neştər) ilə çəkdiyi portretlər dünya üzrə nadir sənət nümunələrindən hesab olunur.

Hüseyn Mürtəqəvi sərgi iştirakçıları qarşısında öz orijinal rəsm texnikası ilə bağlı çıxış edərək, onlara digər əsərlərinin elektron variantını göstərib. Sərgi rəsədxanaya gələn xarici və yerli turistlərin böyük marağına səbəb olub.

Sərgi bir həftə davam edəcək.

Keçidlər