Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda sənaye məhsullarının istehsalı 18,7 faiz artıb

31 iyul 2019 | 16:00

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı aqrar bölgə olan Şamaxı rayonunda sənayenin inkişafına güclü təkan verir. Təsadüfi deyil ki, 2019-cu ilin birinci yarısında bölgədə sənaye məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz artıb.

Rayon Statistika İdarəsindən bildirilib ki, cari ilin altı ayında Şamaxıda 4 milyon 199 min manat sənaye məhsulları istehsal olunub. Bu göstərici keçən ilin eyni dövründəkindən 663 min manat çoxdur.

Sənaye məhsullarının artımı daha çox özəl sektorda qeydə alınıb.

Keçidlər