Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günü keçiriləcək

17 iyul 2019 | 16:00

İyulun 21-i bəşər övladının Aya ayaq basmasının 50-ci ildönümü tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, bəşəriyyət üçün böyük sıçrayış olan bu əlamətdar günlə əlaqədar Beynəlxalq Astronomiya Birliyinin təşkilatçılığı ilə “Biz eyni Ayı bölüşürük” layihəsi çərçivəsində dünyanın 120 ölkəsində müxtəlif tədbirlər keçirilir. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) da bu tarixi günlə əlaqədar iyulun 20-də ŞAR-da və Tusi-Bohm Planetariumda “Açıq qapı” günü elan edir.

“Açıq qapı” gününün proqramına Şamaxı Astrofizika Rəsədxanasında gündüz ekskursiyası – muzey və 70 santimetrlik teleskopla tanışlıq, Tusi-Bohm Planetariumda isə 50 illiklə bağlı film nümayişi, seminar və teleskopla müşahidə daxildir.

Keçidlər