Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı turistlər üçün cəlbedici bölgədir

17 iyul 2019 | 16:00

Zəngin flora və faunası, uzaq keçmişimizdən bu günümüzədək gəlib çatan tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə zəngin olan Şamaxı son illər nəinki yerli, xarici turistləri belə özünə çox cəlb edir.
   Cümə məscidi, Gülüstan qalası, Yeddi Günbəz, Kələxana türbələri və bir çox digər tarixi abidələr, çox qədim zamanlardan bəri yaşadılan xalq sənətkarlığı, milli memarlıq ənənələri bu gün də Azərbaycanın bir parçası olan Şamaxını gəlimli-gedimli edib. Təsadüfi deyildir ki, bölgəyə gələn turistlərin sayı ildən-ilə artır.
   Təkcə 2018-ci və 2019-cu illərin ilk 6 ayını müqayisə etdikdə cari yarımildə rayona gələn turistlərin sayında 6 faiz artım vardır. Bu il bir çox xarici ölkələrdən, o cümlədən Rusiyadan, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ), Türkiyədən, İrandan, Asiya ölkələrindən, Fransadan, Almaniyadan, MDB ölkələrindən gələn turistlər çoxluq təşkil edir.
   Qeyd edək ki, bölgədə kənd turizmi sürətlə inkişaf edir. Həm yerli, həm də xarici turistlərin bir hissəsi kənd evlərində qalmağa üstünlük verirlər. Çuxuryurd, Nağaraxana, Məlhəm, Dəmirçi kəndləri onlar üçün daha çox maraqlıdır.

Keçidlər