Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Yay vikidüşərgəsi” təşkil olunacaq

02 iyul 2019 | 16:00

İyulun 13-14-də "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi (İB) tərəfindən təcrübəli və yeni vikipediyaçılar üçün Sumqayıt Texnologiyalar Parkının sponsorluğu ilə Şamaxı şəhərində “Yay vikidüşərgəsi” təşkil olunacaq.

İB-dən bildirilib ki, vikidüşərgənin məqsədi Azərbaycanda “Vikipediya” hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Şamaxı və İsmayıllı rayonları və onların mədəniyyətinə dair məqalələrin yaradılmasıdır.

Vikidüşərgədə 35 nəfərin iştirakı nəzərdə tutulub. Onlardan 10-u yeni, 25-i təcrübəli istifadəçilər olacaq.

Düşərgə müddətində Azərbaycan dilində “Vikipediya”da 50 məqalənin yaradılması, 200 fotoşəklin yüklənməsi nəzərdə tutulub.

Keçidlər