Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxının Çöl Göylər kəndi qazlaşdırılır

14 mart 2019 | 16:00

Şamaxı rayonunun Çöl Göylər kəndi qazlaşdırılır.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilmişdir ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edəcək və 110-dan çox ev “mavi yanacaq”la təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.

Keçidlər