Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şamaxıdakı Şəhidlər Xiyabanında anım mərasimi keçirilib

20 yanvar 2019 | 16:00

Anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ictimaiyyət nümayəndələri, rayon gəncləri, tələbələr və məktəblilər iştirak etmişlər.
  Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur.
  Ziyarətə gələn rayon əhalisi məzarları təzə-tər çiçəklərə bürümüş və şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklillər düzmüşlər. 20 yanvar facisənin xalqımıza qarşı ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri bildirmişlər ki, sovet imperiyasının məqsədi xalqımızın azadlıq əzmini qırmaq olsa da, məqsədinə nail ola bilməmişdir. Əksinə millətimizin mübarizliyi daha da artmış, müstəqil Azərbaycan Respublikasının əsası qoyulmuşdur.
  Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinlərindən Məmmədov Vidadi Üzeyir oğlunun və İsrayılov Ağanəzər Araz oğlunun məzarlarını ziyarət etmiş və ailə üzvləri ilə birlikdə ehsan süfrəsində iştirak etmişdir. İcra başçısı xalqımızın müstəqilliyi və azadlığı uğrunda mübarizədə həyatını qurban verən övladlarımızın xatirəsini həmişə uca tutan ulu öndər Heydər Əliyevin 20 yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsi üçün göstərdiyi xidmətlərindən, dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından danışmışdır. Həmçinin, 20 Yanvarın xalqımızın qürur və qəhrəmanlıq tarixi olduğunu qeyd etmiş, hər bir azərbaycanlının ölkənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizlə fəxr etdiyini, onların əziz xatirəsinin həmişə olduğu kimi, bu gün də Şamaxıda böyük ehtiramla yad olunduğunu və qəlbimizdə əbədi yaşayacağını bildirmişdir.

Keçidlər