Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunmuşdur

12 dekabr 2018 | 16:00

Dekabrın 12-də Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini Ümummilli Liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.

Heydər Əliyev Mərkəzində davam etdirilmiş tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolara və “Dahi Şəxsiyyət” adlı sənədli filmə baxılmışdır.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq dahi azərbaycanlı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışmış, Ulu Öndərin hakimiyyəti illərinin istər Sovetlər, istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyini bildirmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş hərtərəfli inkişaf siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən rayon rəhbəri bu gün Azərbaycanın dünyanın söz sahibi ölkələri sırasında olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, YAP Şamaxı rayon Təşkilatının sədri Bəxtiyar Abbasov və Mədrəsə qəsəbə tam orta məktəbinin müəllimi Rahib Qasımov Ulu Öndərin Azərbaycançılıq ideyasından, ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi yolunda atdığı addımlardan danışaraq onun əziz xatirəsinin Azərbaycan xalqının ürəyində əbədi yaşayacağını bildirmişlər.

 

Keçidlər