Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda məktəblərin həyətlərində 700 ədəd ting əkilmişdir

27 noyabr 2018 | 16:00

Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına başlamışdır. Bu aksiyada Şamaxı rayonunun təhsil işçiləri də fəal iştirak edirlər.

Aksiya ilkin olaraq rayonun 70 ümumtəhsil məktəbindən 35-də keçirimişdir. Təhsil ocaqlarının həyətyanı sahələrində 200-dən çox təhsil işçisinin iştirakı ilə 700 ədəd ting əkilmişdir.

Aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. Aksiya Cümhuriyyət dəyərlərini təbliğ etməklə yanaşı, məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına xidmət edir.

 

Keçidlər