Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda qanvermə aksiyası keçirilmişdir

24 avqust 2018 | 16:00

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə qanvermə aksiyaları həyata keçirir.

Avqustun 24-də Şamaxıda keçirilən aksiyada könüllü olaraq iştirak edən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri müayinə olunmuşlar. Elmi –Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları onlardan qan analizləri götürərək laborator müayinəyə göndərmişlər.

Ümumilikdə aksiyada 84 donor iştirak etmişdir. Toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Keçidlər