Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısının rayonun kəndlərində sakinlərlə görüşü davam edir

24 iyul 2018 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının rayonun Avaxıl, Məlhəm, Nağaraxana, Həmyəli və Şirvan kəndlərində növbəti səyyar qəbul-görüşləri keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirak etdiyi qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev kənd sakinlərini salamlamış, son illər respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Rayon rəhbəri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Sonra kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar əvvəlcə respublikada, rayonda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, son illər ardıcıl olaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə, o cümlədən tikinti-quruculuq işlərinin genişləndirilməsinə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Daha sonra kənd sakinləri onları narahat edən məsələləri rayon icra başçısına ünvanlayaraq kəndin telefon xətlərinin, qəzalı vəziyyətdə olan elektrik xətləri və dirəklərinin yenilənməsi, kənddaxili avtomobil yollarının təmir olunması, içməli su və kanalizasiya xəttinin çəkilişi, yaşayış evinə gələn elektrik xəttinin yerinin dəyişdirilməsi, oğlunun iş ilə təmin edilməsi və digər məsələlər ilə bağlı köməklik göstərilməsini xahiş etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparmış, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Həmçinin, rayon rəhbəri idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinin daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır.

Keçidlər