Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

12 iyul 2018 | 16:00

İyulun 12-də Şamaxı rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açmış, ötən dövr ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən danışmışdır.  Bildirmişdir ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Şamaxı rayonunda da yüksək templə davam edir.

Yığıncaqda hesabat məruzəsi ətrafında rayon Suvarma Sistemləri İdarəsinin rəisi Elcan Alcanov, İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov, rayon Telekommunikasiya Qovşağının rəisi Azər Əliyev və Şamaxı Elektrik şəbəkəsinin rəisi Ceyhun Yəhyayev çıxış edərək ötən dövr ərzində ölkəmizdə, eləcə də Şamaxı rayonunda əldə olunan uğurlu nəticələrdən danışmış və qarşıda duran vəzifələri müzakirə etmişlər. Ümumilikdə 2018-ci ilin birinci yarısının yekunları rayon üçün müsbət qiymətləndirilmişdir.

Çıxışlarda qeyd olunmuşdur ki, 2018-ci ilin ötən ayları ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində rayonda ictimai-siyasi sabitlik davam etmişdir.

İclasa yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qarşıda duran vəzifələrdən danışmış, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını vermişdir. RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğulamışdır. Natiq bildirmişdir ki, biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Şamaxı rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, sakinlərin problemlərin həll edilməsinə dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.

Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Keçidlər