Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər naziri Şamaxıda vətəndaşlarla görüşmüşdür

30 may 2018 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Vergilər naziri Mikayıl Cabbarov mayın 30-da Şamaxı şəhər 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Şamaxı, Qobustan və Ağsudan olan vətəndaşları qəbul etmişdir.

Qəbul zamanı vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi, vergi inzibatçılığı və digər məsələlərlə əlaqədar müraciət etmişlər.

Görüşdə vətəndaşların müraciətləri dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmış, bir sıra müraciətlərlə bağlı nazirliyin sruktur bölmələrinə tapşırıqlar verilmişdir.

Keçidlər