Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Torpaqların Elektron Kadastr uçotu” mövzusunda tədbir keçirilmişdir

16 may 2018 | 16:00

Mayın 16-da Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə əlaqədar maarifləndirmə işləri ilə bağlı tədbir  keçirilmişdir.         

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu Torpaq Kadastrı və Torpaq Monitor Layihə işçi qrupunun rəhbəri Əliqulu Cabbarov, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, fiziki və hüquqi şəxslər iştirak etmişlər.         

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açaraq bildirmişdir ki, Prezident İlham Əliyevin ölkədə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında müvafiq fərmanında nəzərdə tutulan Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkəmizin bütün ərazilərində və bölgələrində maarifləndirmə işlərinin keçirilməsi ilə bağlı təşkilati dəstəyin təmin olunması yerlərdə yerli icra hakimiyyəti orqanlarına tapşırılmış və bələdiyyələrə tövsiyə edilmişdir.      

Qeyd edilmişdir ki, həmin fərmanının rayonda da icrası ilə əlaqədar olaraq cari ildə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sonra ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu Torpaq Kadastrı və Torpaq Monitor Layihə işçi qrupunun rəhbəri Əliqulu Cabbarov çıxış edərək Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə torpaqların islahat sənədlərindəki məkan göstəriciləri və faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq, torpaqla bağlı sənədləşmə işlərindəki problemlər  öz müsbət həllini tapacaqdır.      

Eyni zamanda rayonun əlaqədar qurumları ilə birgə qarşılıqlı əməkdaşlığın iş prinsipi müəyyən edilmişdir. Bildirilmişdir ki, rayonda torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılması nəticəsində reallığı əks etdirən xəritələrə və aktual elektron kadastr məlumat bazasına nail olunacaqdır, Bu da mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə “Harada, nə qədər, hansı keyfiyyətdə torpaq var?” sualına dəqiq cavab tapmaq imkanını verəcəkdir. Torpaq üzərində dövlət nəzarətinin həyata keçirilməsi bu sistem əsasında aparılacaqdır. Görülən işlər zamanı rayon üzrə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri müəyyənləşəcək. Bununla da torpaqların elmi əsaslarla idarə edilməsi imkanları genişlənəcək.      

Tədbirdə rayonda aparılacaq kadastr uçotu işinin təşkilati məsələləri müzakirə edilmişdir.             

Müzakirə şəraitində davam edən tədbirdə bir sıra məsələlərlə bağlı suallar cavablandırılmışdır.

Keçidlər