Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilmişdir

16 may 2018 | 16:00

Mayın 16-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilmişdir.      

  Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, hüquq şöbəsinin müdiri Taliyə İbrahimova və rayon İcra hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Məişət zorakılığı” komissiyasının monitorinq qrupunun üzvləri, rayonun ümumtəhsil və səhiyyə müəssisələrinin nümayəndələri iştirak etmişlər.         

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icrası istiqamətində yerlərdə görülən işlərdən danışaraq, qanunun işləmə mexanizmi, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi, o cümlədən Azərbaycanın gələcəyi olan gənclərimizi müxtəlif mövzularda maarifləndirmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda vətənə məhəbbət hissi aşılamaq, öz hüquq və qanunlarını bilməyi anlatmaq, məişətdə baş verən zorakılıqlardan uzaq olmağı tövsiyə etmək, şagirdləri nizam-intizamlı olmağa dəvət etmək məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən  məktəblərimizdə mütəmadi olaraq  seminarlar və tədbirlərin təşkil edildiyindən söhbət açmışdır.  

Sonra AQUPDK-nin Aparat rəhbəri Ceyran Rəhmətullayeva və Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək ölkəmizdə məişət zorakılığı ilə bağlı imzalanmış Fərman və sərəncamlar, qəbul edilmiş qanun və qərarlarla yanaşı, ictimai diskussiyalar və sosial maarifləndirmələrin sözügedən problemin tənzimlənməsinə böyük təsir göstərdiyini qeyd etmişlər. Bildirilmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda da bu problemə qarşı ciddi mübarizə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis edilməsi bu problemin aradan qaldırılması istiqamətində aparılan işlərin zirvəsi olmuşdur. Bu, ölkəmizdə qadınların daha fəal olmalarına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət qayğısının göstəricisi idi.  

2010-cu ildə Prezident İlham Əliyev tərəfindən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun imzalanması da bu sahədə dövlət səviyyəsində atılan mühüm addımlardandır.   Sonda tədbir iştirakçılarının mövzuya aid sualları ətraflı cavablandırılmışdır.

Keçidlər