Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ulu Öndərin əziz xatirəsi yad edilmişdir

10 may 2018 | 16:00

Mayın 10-da Şamaxıda müasir müstəqil  Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü  münasibətilə tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev,  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri rayonun mərkəzi meydanına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül-çiçək dəstələri düzmüşlər.         

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi  ölkəmizin hər bir bölgəsində təntənəli şəkildə qeyd edilir. Bu gün biz böyük fəxrlə deyə bilərik ki, dünya dövlətləri sırasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman göstərdi ki,  Ulu Öndərimizin bütün  addımları gələcəyə hesablanmış, bu günkü azərbaycan xalqının firavan yaşaması üçün atılmışdır. Natiq öz çıxışında qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etmiş, Heydər Əliyev siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.          

Rəsmi hissədən sonra bayram konserti ilə davam edən tədbirdə tanınmış incəsənət ustalarının ifasında Ulu öndər Heydər Əliyevə, onun şah əsəri olan müasir, müstəqil Azərbaycana həsr olunmuş mahnılar səsləndirilmişdir.

 

Keçidlər