Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Böyük Vətən müharibəsində Qələbənin 73 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir

09 may 2018 | 16:00

Mayın 9-da Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 73 illiyi münasibətilə Şamaxıda veteranlarla görüş keçirilmişdir.

Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova çıxış edərək veteranlara təbriklərini çatdırmış, faşizm üzərində möhtəşəm qələbənin onların sayəsində əldə edildiyini vurğulamışdır. Natiq Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirmiş, bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də davam etdirildiyini qeyd etmişdir.

Görüşdə iştirak edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları unutmadığına görə, hər bir problemləri ilə maraqlandığına görə rayon rəhbərliyinə təşəkkürlərinin bildirmişlər.

Rəsmi hissəsindən sonra tədbir veteranlar üçün təşkil olunmuş bayram süfrəsi arxasında davam etmişdir.

Sonda müharibə iştirakçılarına rayon icra hakimiyyəti tərəfindən bayram sovqatı verilmişdir.

Keçidlər