Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda növbəti kütləvi ağacəkmə aksiyası keçirilmişdir

06 dekabr 2017 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində dekabrın 6-da Şamaxı rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilmişdir.

Təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malik “Ümumrespublika Yaşılladırma Marafonu” eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir.

Rayon İcra Hakimiyyətinin əməkdaşları və idarə, müəssisə, təşkilatların kollektivləri ilə yanaşı sakinlərin də qatıldığı aksiya zamanı Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, Bakı-Şamaxı-Yevlax, Şamaxı-Pirqulu avtomobil yollarının ətraflarında, şəhərin küçə və parklarında səliqə-sahman yaradılmış, təmizlik işləri aparılmış, ağaclar ağardılmış, 1500-ə yaxın müxtəlif növlərdən ağac, gül və bəzək kolları əkilmişdir. Təzə əkilən ağac və kollar suvarılmış, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilmişdir.

Keçidlər