Şriftin ölçüsü :

Saytın rəngi :

Quba, Qusar və Xaçmaz rayonları ilə tanışlıq Şamaxı məktəblilərində zəngin təəssürat yaratmışdır

19 noyabr 2017 | 16:00

Prezident cənab İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaları çərçivəsində ölkəmizin şimal bölgəsində olan Şamaxı məktəblilərinin səfəri noyabrın 19-da başa çatmışdır.

Səfərdən qayıdan məktəbliləri şəhərin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayon İcra Hakimiyyətlərinin əməkdaşları, təhsil işçiləri, valideynlər və ictimaiyyətin nümayəndələri qarşılamışlar.

Mərasimdə çıxış edən valideynlər şagirdlərin dünyagörüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Səfərdən zəngin təəssüratlarla qayıtdıqlarını bildirən məktəblilər bölgənin tarixi yerlərini gəzdiklərini, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri ilə yaxından tanış olduqlarını bildirərək, ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin öyrənilməsində bu layihənin məktəblilərə çox böyük köməyi olduğunu qeyd etmişlər. Onlar həmçinin iştirakçılar arasında keçirilən Nə? Harada? Nə zaman? intellektual oyununda iştirak etmələri barədə  təəssüratlarını bölüşmüşlər.

Keçidlər