Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Şamaxı rayon məktəbliləri şimal bölgəsinə yola salınmışdır

16 noyabr 2017 | 16:00

Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarındakı  ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur aksiyaları  davam edir.

Tur aksiya çərçivəsində noyabrın 16-da Şamaxının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınmışdır.

Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimindən əvvəl tur aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda müasir Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.

İştirakçılar Qala divarlarının qarşısında toplanaraq musiqi sədaları altında şən ab-havada rəqs etmiş, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin çıxışlarına tamaşa etmişlər.

Yolasalma mərasimində çıxış edənlər Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışmış, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.

Tur aksiyanın iştirakçısı, Şamaxı şəhər Avropa liseyinin şagirdi Mirzə Qədirli dövlət tərəfindən uşaqlara gösərilən qayğıdan danışaraq ölkəmizin bölgələrini daha yaxşı tanımaları üçün tur aksiyanın əhəmiyyətinin böyük olduğunu qeyd etmiş, gənc nəsilin vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər