Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 15 sentyabr – Bilik günü keçirilmişdir

15 sentyabr 2017 | 16:00

Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr  - «Bilik günü» Şamaxı rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmışdır.
Rayonun  bir sıra orta təhsil müəssisələrində keçirilən tədbirdə başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova iştirak edərək orta məktəbin müəllimlərini, şagirdlərini, məktəbə ilk dəfə qədəm qoyan birinciləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulamışdır. Natiq öz çıxışında qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın  təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.

Sonda məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olunmuşdur.

Keçidlər