Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda təbii texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tədbir keçirilmişdir

25 avqust 2017 | 16:00

Avqustun 25-də Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin akt zalında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən tədbir keçirilmişdir.
FHN-nin Baş Əməliyyat İdarəsinin, nazirliyin regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının təmsilçiləri, rayonun enerji, qaz, telekommunikasiya və su təchizatı üzrə xidmətlərinin rəisləri, meşə mühafizəsi və bərpası müəssisəsinin, polis və təhsil şöbələrinin rəsmi nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova açaraq, tədbirin keçirilməsində əsas məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-nin regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı vəziyyətin öyrənilməsi, həyata keçirilən tədbirlər, mövcud problemlər və onların həlli yollarının müzakirə olunmasından ibarət olduğunu qeyd etmişdir.
Sonra çıxış edənlər FHN-nin regionda fəaliyyət göstərən qurumlarla qarşılıqlı fəaliyyət planlarının geniş təhlilini aparmış, qarşıda duran məsələləri müzakirə etmiş və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.
Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə torpaq sahələrinin məqsədyönlü təyinatı, avtomobil yollarının, hidrotexniki qurğuların, yanacaq və maye-qazdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında müxtəlif təyinatlı obyektlərin tikintisinin yolverilməzliyi, meşələrin yanğından qorunmasının vacibliyini diqqətə çatdırmışlar.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr verilmişdir.

Keçidlər