Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edib

16 avqust 2017 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov avqustun 16-da Şamaxıda 4 rayondan - Şamaxı, Qobustan, Ağsu və İsmayıllıdan olan vətəndaşları qəbul etmişdir.
General-leytenant Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı Asif Ağayev qəbuldan öncə Şamaxının mərkəzi parkında yerləşən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 25 vətəndaşın müraciətinə baxılmışdır. Müraciətlər əsasən mülki işə və hərbi xidmətə qəbul, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələrinə kömək göstərilməsi və digər məsələlərlə bağlı olmuşdur.
Müraciətlərin bir çoxu yerindəcə həllini tapmışdır. Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülmüşdür. Bir sıra müraciətlərlə əlaqədar qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara hərtərəfli izah edilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır.

Keçidlər