Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 2017-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

19 iyul 2017 | 16:00

İyulun 19-da Şamaxı rayonunda 2017-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Məruzə ətrafında rayon Suvarma Sistemləri İdarəsinin rəisi Vahid Əliyev, rayon Meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Elçin Salahov və Əmək Məsələləri Dövlət Komitəsinin 16 saylı ərazi şöbəsinin müdiri Rauf Binnətov çıxış etmişlər. Ümumilikdə 2017-ci ilin birinci yarımilinin yekunları rayonumuz üçün müsbət qiymətləndirilmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, 2017-ci ilin ötən ayları ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində rayonda ictimai-siyasi sabitlik  davam etmişdir.
Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Keçidlər