Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Respublika Günü Şamaxıda təntənəli bayram tədbiri ilə qeyd olunmuşdur

26 may 2017 | 16:00

Şamaxıda 28 May – Respublika Günü münasibətilə geniş bayram tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu Öndərə öz hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər.
Tarixi bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açmış, ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmizin Ulu Öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə keçdiyi böyük inkişaf yolundan danışmışdır. Natiq çıxışında bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini vurğulamışdır.
Rəsmi hissədən sonra tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsertlə davam etdirilmişdir.

Keçidlər