Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin vətənpərvər ruhda yetişməsində sosial-mədəni mühitin təsiri böyükdür

18 may 2017 | 16:00

Şamaxıda Gənclər və İdman Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə gənclərin hərbi xidmətə həvəsləndirilməsi və hazırlığı məqsədilə mədəni-kütləvi tədbir keçirilmişdir.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində təşkil olunmuş tədbirdə rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəblərinin, ali və orta ixtisas təhsil müəssisələrinin, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri, habelə rayonda yerləşən “N” saylı hərbi hissənin əsgərləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilmiş, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mədəni-kütləvi tədbirdə Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov və başqaları çıxış edərək, gənclərin vətənpərvər ruhda yetişməsində sosial-mədəni mühitin təsirlərindən danışmış, bu işdə təhsil müəssisələrinin böyük rolunu vurğulamışlar.
Sonra tədbir gənc müğənnilərin iştirakı ilə konsertlə davam etdirilmişdir.
Tədbir iştirakçılarına Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan “Çağırışyaşlı gənclər üçün tövsiyə-yaddaş” adlı kitabça və bukletlər paylanılmışdır.

Keçidlər