Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Böyük Vətən müharibəsində Qələbənin 72 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir

09 may 2017 | 16:00

Mayın 9-da Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 72 illiyi münasibətilə Şamaxıda veteranlarla görüş keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək veteranlara təbriklərini çatdırmış, faşizm üzərində möhtəşəm qələbənin onların sayəsində əldə edildiyini vurğulamışdır. Natiq Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirmiş, bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də davam etdirildiyini qeyd etmişdir.
Görüşdə iştirak edən veteranlar dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduqlarından böyük razılıqla danışmış, buna görə Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini ifadə etmişlər.
Rəsmi hissəsindən sonra tədbir veteranlar üçün təşkil olunmuş bayram süfrəsi arxasında davam etmişdir.

Keçidlər