Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir

10 may 2017 | 16:00

Mayın 10-da Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının, YAP Şamaxı rayon təşkilatının əməkdaşlarının, idarə, müəssisə, təşkilatların kollektivlərinin və rayon sakinlərinin, ümumilikdə 2600-dən çox insanın iştirakı ilə keçirilmiş aksiya zamanı Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında, şəhərin küçə, park və yaşayış ərazilərində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətraflarında, rayonun Çuxuryurd və Nağaraxana kəndlərinin yol kənarlarında səliqə-sahman yaradılmış, təmizlik işləri aparılmışdır. Aksiyada yeni yaşıllıq zolaqları salınmış, 2200-dən çox müxtəlif növlərdən ağac, gül və bəzək kolları əkilərək suvarılmış, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilmişdir.

Keçidlər