Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edib

08 may 2017 | 16:00

Mayın 8-də təhsil naziri Mikayıl Cabbarov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edib.
Əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Mikayıl Cabbarov Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının sakinləri və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, diaqnostik qiymətləndirmədə iştirak və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

Keçidlər