Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda növbəti ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir

01 may 2017 | 16:00

Mayın 1-də Şamaxıda xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada rayon İcra Hakimiyyəti başçısı Aparatının, YAP Şamaxı rayon təşkilatının əməkdaşları və idarə, müəssisə, təşkilatların kollektivləri ilə yanaşı sakinlər də həvəslə iştirak etmişlər. İməcilik zamanı Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında, Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, şəhərin küçə, park və yaşayış ərazilərində, avtomobil yollarının kənarlarında səliqə-sahman yaradılmış, təmizlik işləri aparılmış, ağacların qurumuş budaqları kəsilmiş, dibləri bellənmiş, gövdələri ağardılmışdır. 5000-dən çox müxtəlif növlərdən ağac, gül və bəzək kolları əkilərək suvarılmış, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilmişdir.
Təmizlik və abadlıq məqsədi ilə keçirilən iməcilikdə üç min nəfərdən çox rayon sakini iştirak etmiş və tədbirin davamlı xarakter alması nəzərdə tutulmuşdur.

Keçidlər