Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Şamaxı rayon təşkilatının VIII konfransı keçirilmişdir

28 aprel 2017 | 16:00

Aprelin 28-də Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon Təşkilatının VIII konfransı keçirilmişdir.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Elman Nəsirov, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak etmişlər.
Tədbir iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər. Daha sonra konfrans öz işini davam etdirmişdir. Konfransın gündəliyi səsvermə yolu ilə təsdiq olunmuş, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasovun məruzəsi dinlənilmişdir. YAP Şamaxı rayon təşkilatının 1993-cü ildə təsis edildiyini və rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirdiyini söyləyən Bəxtiyar Abbasov rayon təşkilatının üzvlərinin rayonda aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak etdiklərini də dilə gətirmişdir. B.Abbasov hesabat dövründə YAP Şamaxı rayon təşkilatının sıralarının daha da gücləndiyini bildirmişdir.
Konfransda çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və millət vəkili Elman Nəsirov da partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan bəhs etmişdir. Bildirilmişdir ki, YAP müasir Azərbaycanın uğurlarında mühüm rola malik partiyadır.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən abadlıq-quruculuq işlərindən danışmışdır. Rayon İcra Hakimiyyəti başçısı bildirmişdir ki, YAP Şamaxı rayonunda aparıcı siyasi təşkilatdır. Partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini söyləyən rayon rəhbəri Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə YAP-ın hər zaman qələbələr qazanacağına əminliyini ifadə etmişdir.
Sonra konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbyacan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər