Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

23 fevral 2017 | 16:00

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bu gün Şamaxı Dövlət Regional Kollecində, rayon Mədəniyyət Mərkəzində və şəhər İncəsənət Təhsili Mərkəzində anım tədbirləri keçirilmişdir.
Tədbirlərdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, baş vermiş faciənin mahiyyəti və acı nəticələri haqqında iştirakçılarıa məlumatlar verilmişdir.
Çıxışlarda 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülmüş, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olmuş, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-sinin taleyi bu günə qədər məlum deyildir.
Çıxış edənlər faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin məhz Ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdiyini diqqətə çatdırmışdlar. Bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Bu hadisədən 25 il ötməsinə baxmayaraq, bu gün də dövlət səviyyəsində faciənin beynəlxalq aləmdə  tanınması üçün ciddi iş aparılır ki, Heydər Əliyev Fondunun da bu istiqamətdə apardığı fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Tədbirlər tələbə və şagirdlərin hazırladığı Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompazisiyalarla davam etmişdir.

Keçidlər