Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizin şimal bölgəsi ilə tanışlıq Şamaxı məktəblilərində zəngin təəssürat yaratmışdır

20 noyabr 2016 | 16:00

Prezident cənab İlham Əliyevin tapşırığı “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaları çərçivəsində ölkəmizin şimal bölgəsində olan Şamaxı məktəbliləri noyabrın 20-də rayona qayıtmışlar.
Aksiya iştirakçılarını rayon İcra Hakimiyyətlərinin əməkdaşları, təhsil işçiləri, valideynlər və ictimaiyyətin nümayəndələri qarşılamışlar.
Quba, Qusar və Xaçmaz rayonlarına səfərdən zəngin təəssüratlarla qayıtdıqlarını bildirən məktəblilər bölgənin tarixi yerlərini gəzdiklərini, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri ilə yaxından tanış olduqlarını bildirərək, ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin öyrənilməsində bu layihənin məktəblilərə çox böyük köməyi olduğunu qeyd etmişlər.
Mərasimdə valideynlər də çıxış edərək Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışmış, uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər