Şriftin ölçüsü :

Saytın rəngi :

Musiqili Teatr Şamaxıda tamaşa ilə çıxış etmişdir

22 iyun 2016 | 16:00

Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı heyəti Şamaxıda teatrsevərlərə Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyasını təqdim etmişlər.
Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədovdur.
Səhnə əsərində rolları Xalq Artisti, İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gültac Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa etmişlər.
Rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilmiş tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər