Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə Şamaxıda video-konfrans keçirilib

02 fevral 2022 | 16:00

Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə Şamaxıda video-konfrans keçirilib.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun millət vəkili Tamam Cəfərova, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər və könüllülər iştirak ediblər.
Giriş sözü ilə konfransı açıq elan edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov gəncləri təbrik edərək ölkəmizin ictimai-siyasi həyatında gənclərin rolunun yüksək olduğunu qeyd edib, onlara cansağlığı, çalışdıqları sahələrdə müvəffəqiyyətlər arzulayıb.
Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış Vətən müharibəsində məhz gənclərimizlə Şanlı Zəfər qazandığımızı diqqətə çatdıraraq, bu qələbə, vətənin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib, Allahdan onlara bir daha rəhmət diləyib.
Sonra çıxış edən millət vəkili Tamam Cəfərova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, gənclərin bütün sahələrdə dəstəkləndiyini qeyd edib.
Daha sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək ölkəmizdə, eləcə də Şamaxıda gənclərin inkişafı üçün görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumatlar verib.
Sonra çıxış edənlər, ADPU-nun Şamaxı filialının direktor müavini Şəlalə Seyidova gənclərin təhsil almasına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, güləş idman növü üzrə beynəlxalq dərəcəli hakim Asif Şirəliyev isə gənclərin inkişafında idmanın rolundan danışıblar. Asif Şirəliyev rayonda gənclərin hərtərəfli inkişafının təmin edilməsi üçün kifayət qədər infrastruktur bazasının olduğunu qeyd edib, beynəlxalq standartlara uyğun yenidən qurulan Şamaxı şəhər stadionunun fəaliyyətə başlamasının gənclərin inkişafına böyük töhfə verəcəyini bildirib.
Sonda gəncləri maraqlandıran suallar dinlənilərək cavablandırılıb, onlara bir daha möhkəm cansağlığı, sağlam həyat və müvəffəqiyyətlər arzu olunub.

Keçidlər