Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda taxıl biçini davam edir

16 iyul 2021 | 16:00

Şamaxı rayonunun taxılçıları biçin kampaniyasını davam etdirirlər və artıq 28 min 12 hektar zəminin məhsulu yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, Şamaxıda cari mövsümdə 40 min 440,3 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 30 min 620,5 hektarı buğda, 9819,8 hektarı isə arpadır. Rayonun əksər inzibati ərazi nümayəndəliyində, o cümlədən cənub ərazilərində biçin başa çatıb. Hazırda biçin şimal dağlıq ərazilərdə aparılır. Zəmilərdən indiyədək 58 min 898,2 ton məhsul götürülüb. Hər hektardan orta məhsuldarlıq 21 sentnerdən çoxdur.

Son günlər havaların yağmurlu keçməsi taxılçıların işinə mane yaratsa da bütün qüvvələr bu mühüm kampaniyanın itkisiz başa çatdırılmasına səfərbər edilib. Hazırda zəmilərdə 49 taxılbiçən kombayın işləyir.

Keçidlər