Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunun İkinci Cabanı kəndində modul tipli ümumi orta məktəb quraşdırılacaq

20 sentyabr 2022 | 10:48

İlin sonunadək Şamaxı rayonunun İkinci Cabanı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 355 min manat ayrılıb.

Bu, Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” 2022-ci il 19 sentyabr tarixli Sərəncamında yer alıb.

Sərəncama əsasən, Azərbaycanda yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.

Keçidlər