Şriftin ölçüsü :

Saytın rəngi :

Avqust ayının növbəti səyyar qəbul-görüşləri rayonun Talışnuru, Dədəgünəş, Birinci Çağan və Pirbəyli kəndlərində keçirilib

30 avqust 2022 | 14:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar görüşlərin keçirilməsi davam edir.

Avqust ayı ərzində növbəti belə görüşlər rayonun Talışnuru, Dədəgünəş, Birinci Çağan və Pirbəyli kəndlərində keçirilmişdir.

Görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon Polis Şöbəsinin rəisi Əlyəddin Səfərov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak etmişlər.

Görüş zamanı sakinlər kəndə rabitə və internet xətlərinin çəkilməsi, kənddaxili elektrik xətlərinin yenilənməsi, zəlzələdən zərər çəkmiş evlərdə bərpa işlərinin aparılması, fərdi yaşayış evinin dam örtüyünün təmir olunması, kəndə qaz xəttinin çəkilməsi, işlə təmin olunma və digər müraciətlərlə çıxış ediblər.

Görüş zamanı sakinlərin arzu və istəkləri həssaslıqla dinlənilərək onları narahat edən məsələlərin aradan qaldırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər