Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov iyunun 23-də Şamaxıda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul rayonun Səfalı kəndlərində keçirilmişdir.
23 İyun 2022-ci il tarixində Şamaxı rayonunda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub. Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayonda fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Şamaxı rayon Mədəniyyət Mərkəzində Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb.
Rayon Mədəniyyət Mərkəzində Şamaxı Rayon İcra Hakimiyyətinin və Ağsu Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə “2023-cü il üçün Türk dünyasının turizm paytaxtı Şamaxı şəhəri miqrasiya kontekstində” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.